İzmedia.az xəbər verir ki, Rusiya Ukrayna məsələsi ilə bağlı danışıqlara hazır olduğunu bir daha bəyan edib, lakin ABŞ-la təmaslarda hazırda fasilə yarandığını bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Moskva “effektiv və nəticə verəcək” danışıqlara açıqdır və bu mövqedən heç vaxt geri çəkilməyib.
Onun sözlərinə görə, hazırda ABŞ tərəfi Yaxın Şərqdəki proseslərə daha çox fokuslandığı üçün Ukrayna üzrə danışıqlar prosesi ləngiyir. Buna baxmayaraq, Rusiya tərəfi dialoqa hazır olduğunu saxlayır.
Zaxarova vurğulayıb ki, danışıqların bərpası üçün qarşı tərəfin də real addımlar atmağa hazır olması vacibdir.
Qeyd edək ki, son günlər mümkün atəşkəslə bağlı müxtəlif təşəbbüslər irəli sürülüb. Ukrayna Prezidenti Volodimir Zelenski 6 maydan etibarən “sükut rejimi” təklif edib, Rusiya isə 8–9 may tarixləri üçün öz atəşkəs təşəbbüsünü irəli sürüb.
Xatırladaq ki, Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar bu ilin yanvarında Abu-Dabidə, daha sonra isə 17–18 fevral tarixlərində Cenevrədə keçirilib. Lakin bu görüşlərdən sonra ciddi irəliləyiş əldə olunmayıb.
![]()
