Filippində bina çöküb: 3 nəfər ölüb, 18 nəfər itkin düşüb

1 Min Read

GMA News mayın 25-də regional yanğından mühafizə bürosuna istinadən bildirib ki, Filippinin Anceles şəhərində binanın çökməsi nəticəsində üç nəfər ölüb.

Nəşrin məlumatına görə, “Anceles Siti şəhərinin Balibaqo kəndində tikilməkdə olan binanın uçması nəticəsində ölənlərin sayı üç nəfərə çatıb”.

Məlumata əsasən, hadisə nəticəsində ən azı 18 nəfər itkin düşüb. Onların əksəriyyəti tikinti işçiləridir, lakin bir satıcının da itkin düşənlər arasında olduğu bildirilir. Hadisə yerinə yaxın yaşayan sakinlər əlavə çökmə riskinə görə təxliyə ediliblər.

Qeyd olunur ki, dağıntıların qeyri-sabit olması səbəbindən xilasetmə qrupları ərazini əl ilə təmizləməyə davam edir. Dağıntılar altında qalan şəxslərin axtarış-xilasetmə əməliyyatları hazırda davam etdirilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş