Tramp: Avropanın mövqeyi məyusedicidir

1 Min Read

ABŞ Prezidenti Donald Tramp Avropanın siyasətindən məyus olduğunu bildirib.

O, Salem News Channel-a verdiyi müsahibədə deyib: “Avropa çox məyusedicidir”.

Tramp məyusluğunun səbəbi kimi ABŞ-ın İrana qarşı hərbi əməliyyatları zamanı NATO-nun prosesdə iştirak etmədiyini göstərib. Onun sözlərinə görə, həmin dövrdə Alyans “orada olmayıb”.

Eyni zamanda Tramp iddia edib ki, ABŞ-ı idarə etməzdən əvvəl Şimali Atlantika Alyansının xərclərinin “100 faizini” ABŞ ödəyib. O, Avropanın bu məsələdə kifayət qədər yük paylaşmadığını irəli sürüb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş