izmedia.az xəbər verir ki, Cənubi Afrika Respublikasının müxtəlif bölgələrində təsirli olan güclü yağışlar və fırtına ciddi fəsadlara səbəb olub. Ölüm halları və infrastrukturun zədələnməsi səbəbilə ölkədə “milli fövqəladə vəziyyət” elan edilib.
Prezidentlikdən verilən açıqlamada bildirilir ki, xüsusilə Qərbi Keyp və Şərqi Keyp əyalətlərində ötən həftədən bəri davam edən güclü yağıntılar böyük dağıntılara yol açıb.
Milli Fəlakətlərin İdarə Olunması Mərkəzinin məlumatına görə, sel və ağacların aşması nəticəsində indiyədək azı 10 nəfər həyatını itirib.
Qərbi Keyp əyalətində təxminən 6 min nəfərin evlərini tərk edərək təhlükəsiz bölgələrə təxliyə edildiyi də bildirilib.
![]()
