İzmedia.az xəbər verir ki, İranın paytaxtı Tehran yaxınlığında yerləşən Şəhriyar rayonundakı “Arguvan” ticarət mərkəzində baş verən yanğın nəticəsində 8 nəfər həlak olub.
Məlumata görə, hadisə dünən səhər saatlarında qeydə alınıb. İran dövlət televiziyası yanğınla bağlı ilkin məlumatları yayıb.
Hadisə nəticəsində 36 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanalara yerləşdirilib.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Yanğının səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib. Şəhriyarın Baş və İnqilab prokurorluğu hadisə ilə bağlı araşdırma başladıldığını bildirib.
![]()
