“Vatican News” portalının məlumatına görə, Papa XIV Leo ABŞ Prezidenti Donald Trampın ünvanına səsləndirdiyi tənqidlərə münasibət bildirib.
Pontifik qeyd edib:
“Kilsənin missiyası Müjdəni təbliğ etmək, sülhü təşviq etməkdir. Əgər kimsə məni Müjdəni yaydığım üçün tənqid etmək istəyirsə, bunu dürüst şəkildə etsin. Sadəcə ümid edirəm ki, Allah sözünün dəyərinə görə məni dinləyəcəklər”.
Son həftələrdə Papa XIV Leo ABŞ administrasiyasının Yaxın Şərqdəki siyasətinə dolayısı ilə yönəldiyi hesab olunan bir sıra müharibə əleyhinə çıxışlar edib.
Aprelin 13-də Donald Tramp bu çıxışlara cavab olaraq Truth Social platformasında paylaşım edərək papanı tənqid edib. O, pontifiki “cinayətkarlıq məsələsində zəif, xarici siyasətdə isə uğursuz” adlandırıb və bildirib ki, onun prezidentliyi olmasaydı, amerikalı papanın seçilməsi mümkün olmazdı.
Buna baxmayaraq, Papa XIV Leo ABŞ lideri ilə polemikaya girmək və ya müharibə əleyhinə çıxışlarını dayandırmaq niyyətində olmadığını vurğulayıb.
İzmedia.az
![]()

