AP: ABŞ-da benzin qiymətləri 50 faiz artıb

1 Min Read

Associated Press (AP) agentliyinin Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatlarına əsaslanan hesablamalarına görə, İranda hərbi əməliyyatların başlanmasından sonra ABŞ-da benzinin qiyməti orta hesabla 4,48 dollara (3,79 litr) yüksəlib ki, bu da təxminən 50 faiz artım deməkdir.

AAA-nın məlumatına əsasən, İran kampaniyasının ilk günündə ABŞ-da bir qallon benzinin orta qiyməti 2,98 dollar təşkil edib. Son bir həftə ərzində yanacaq qiyməti daha 31 sent artaraq 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Hazırda ən yüksək qiymətlər Kaliforniya ştatında qeydə alınır – burada bir qallon benzinin qiyməti 6,1 dolları ötüb.

Agentlik qeyd edir ki, qlobal enerji böhranı və ABŞ-İsrail hərbi əməliyyatları fonunda neft qiymətlərinin artması yanacağın bahalaşmasının əsas səbəblərindəndir.

Xatırladaq ki, ABŞ-da benzin qiymətləri aprelin ortalarında qısa müddətlik azalsa da, aprelin 13-də Vaşinqtonun İrana qarşı dəniz blokadasına başlaması bazarda yenidən qiymət artımına təkan verib.

ABŞ-da benzinin qiyməti üzrə rekord göstərici 2022-ci ilin iyun ayında qeydə alınıb – həmin vaxt bir qallon benzinin qiyməti 5 dolları keçmişdi.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş