Dünyanın ən böyük dönmə çarxı Çinin Şanxay şəhərinin şimal-şərqində inşa ediləcək. Onun hündürlüyü 228 metr olacaq. “Zhefang Zhibao” qəzetinin məlumatına görə, tikinti işlərinə 2026-cı ilin sonlarında başlanılması planlaşdırılır.
“Şanxay Tağı” adlanan attraksion Yantszı çayı deltası və Usunkou Beynəlxalq Kruiz Terminalı yaxınlığında, Baoshan rayonunda tikiləcək. Dönmə çarxı ərazinin ümumi turistik məkanlar kompleksinin bir hissəsi olacaq.
Layihənin dəyəri 2 milyard yuan (təxminən 293 milyon ABŞ dolları) təşkil edir.
Hazırda dünyanın ən böyük dönmə çarxı “Bohai Eye” hesab olunur. O, Çinin şərqindəki Şandun əyalətində yerləşir və hündürlüyü 142,52 metrdir. Burada kameralar hərəkətsiz halqa formalı quruluşun xarici kənarı boyunca hərəkət edir.
İzmedia.az
![]()

