Böyük Britaniyanın ən əhəmiyyətli özəl Yura dövrünə aid fosil kolleksiyalarından biri Əbu-Dabidəki Təbiət Tarixi Muzeyi tərəfindən satın alınıb. “The Guardian” nəşrinin məlumatına görə, britaniyalı muzeylər maliyyə çatışmazlığı səbəbindən on milyonlarla funt sterling dəyərindəki bu kolleksiyanı ala bilməyiblər.
Dorsetdən olan kolleksiyaçı Kris Mura məxsus 318 nümunəlik (ixtiozavrlar, balıqlar, xərçəngkimilər) kolleksiya Böyük Britaniya qanunvericiliyini pozmadan satılıb. Yerli mütəxəssislər və alimlər bu satışı ölkənin təbii və mədəni irsi üçün böyük itki adlandırsalar da, ekspertlər eksponatların şəxsi kolleksiyalarda deyil, muzeydə qorunmasının və elmi ictimaiyyət üçün əlçatan olmasının əhəmiyyətini vurğulayıblar.
Kolleksiya artıq Əbu-Dabi Təbiət Tarixi Muzeyinin Mezozoy dövrü qalereyasında nümayiş olunur.
İzmedia.az
![]()

