CBS News rəsmi mənbələrə istinadən xəbər verir ki, ABŞ-ın üçüncü raket daşıyıcısı USS Rafael Peralta “Azadlıq əməliyyatı” çərçivəsində Hörmüz boğazından keçərək Fars körfəzi sularına daxil olub.
Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç gəmi — o cümlədən USS Truxtun və USS Mason esminesləri — hazırda Hörmüz boğazının qərb hissəsində yerləşən ərazidədir və əlavə təlimatları gözləyir.
Rəsmilər bildiriblər ki, bu qüvvələr boğazdan Fars körfəzinə daxil olan ticarət gəmilərinin qorunmasını hədəfləyən çoxqatlı müdafiə sisteminin tərkib hissəsidir. Sistemə hərbi gəmilər, aviasiya vasitələri və hava hücumundan müdafiə elementləri daxildir.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, bazar ertəsi günü Hörmüz boğazından keçid zamanı USS Truxtun və USS Mason esminesləri İran qüvvələrinin hücumuna məruz qalıb. Bildirilir ki, hücumda raketlər, dronlar və yüksək sürətli motorlu qayıqlardan istifadə olunub. Həmin vaxt ABŞ gəmiləri qırıcı təyyarələr və helikopterlərin dəstəyi ilə hərəkət edib.
Məlumata əsasən, müdafiə sistemləri bütün təhdidləri hava dəstəyi ilə birlikdə neytrallaşdırmağa və ya dayandırmağa nail olub. Buraxılan raketlərin heç biri hədəfə çatmayıb, həmçinin İranın iki motorlu qayığının batırıldığı bildirilir.
İzmedia.az
![]()

