Fransa hakimiyyəti İran ətrafındakı vəziyyətlə əlaqədar aviasiya kerosininin qiymətinin artmasından təsirlənən aviaşirkətlərə dəstək verməyi planlaşdırır. Bu barədə ölkənin nəqliyyat naziri Filipp Tabaro açıqlama verib.
Nazir bildirib: “Aviaşirkətlər ciddi şokla üzləşiblər. Hökumət onları müşayiət etmək və bu mərhələni keçməkdə kömək göstərmək üçün tam səfərbər olunub”.
Plana əsasən, hava daşıyıcılarına sosial sığorta ödənişləri və vergi güzəştləri təqdim edilə bilər. Bununla yanaşı, Tabaro qeyd edib ki, hökumət sərnişinlərin hüquqlarının qorunmasına da nəzarət edəcək.
Daha əvvəl bildirilmişdi ki, Fransa-Hollandiya aviaşirkəti Air France-KLM ABŞ və İsrailin İrana qarşı müharibə fonunda yanacaq qiymətlərinin artması səbəbindən 2026-cı ildə kerosin xərclərinin 2,1 milyard avro artaraq 8,2 milyard avroya çatacağını proqnozlaşdırır.
Yanacaq xərclərinin yüksəlməsi nəticəsində şirkət bilet qiymətlərini artırmağa məcbur olub, onun büdcə aviaşirkəti “Transavia” isə bəzi uçuşların ləğv edildiyini açıqlayıb.
İzmedia.az
![]()

