Buxarestdə sensasiya: yəhudi qəbiristanlığında Adolf Hitlerin məzarı tapıldı, amma həmin şəxs deyil

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə yerləşən “Filantropiya” adlı qədim yəhudi qəbiristanlığında üzərində “Adolf Hitler” adı yazılmış məzar aşkarlanıb. Lakin məlum olub ki, bu şəxs nasist lider Adolf Hitler deyil.

İsrailin Rumıniyadakı səfirliyi açıqlayıb ki, sözügedən məzar Tret Reyxin diktatoru ilə əlaqəli deyil. Qəbirdəki şəxs Avstriya mənşəli yəhudi sənətkar olub və şlyapa ustası kimi fəaliyyət göstərib.

Araşdırma zamanı bu məzar doktor Felisiya Valdman tərəfindən aşkar edilib. O, Buxarest Universitetinin Qoldşteyn-Qoren Yəhudi Araşdırmaları Mərkəzi ilə əməkdaşlıq edir.

“Filantropiya” qəbiristanlığı 1865-ci ildə yaradılıb və Buxarestin ən qədim yəhudi nekropollarından biri hesab olunur. Burada Rumıniya tarixində tanınmış musiqiçilər, həkimlər və yazıçılar da dəfn olunub.

Mütəxəssislər bildirirlər ki, “Adolf Hitler” adı bu halda sadəcə təsadüfi eyniadlılıqdır və həmin şəxs tarixi nasist liderlə heç bir əlaqəyə malik deyil.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş