“Kiyev Budapeştdən təzminat tələb edir” – Ukrayna Macarıstanla qalmaqalı bağlanmış saymır

Nərmin
1 Min Read

İzmedia.az xəbər verir ki, Ukrayna Budapeştdə “Oşadbank” inkassatorlarının saxlanılması ilə bağlı insidenti hələ də bağlanmış hesab etmir və Macarıstandan mənəvi və fiziki zərərə görə kompensasiya tələb etməyə hazırlaşır.

Bu barədə Ukrayna Milli Bankının rəhbəri Andrey Pışnı məlumat verib. Onun sözlərinə görə, pulların və qızıl külçələrinin geri qaytarılmasına baxmayaraq, hadisə bankın nüfuzuna və əməkdaşlarına ciddi zərər vurub.

Məlumata görə, hadisə mart ayında baş verib. Macarıstan hüquq-mühafizə orqanları dövlətə məxsus “Oşadbank”ın iki zirehli avtomobilini saxlayaraq inkassatorlardan təxminən 40 milyon dollar, 35 milyon avro və 9 kiloqram qızıl külçəsini müsadirə edib.

İnkassatorlar sonradan sərbəst buraxılsa da, pul və qiymətli metallar cinayət işi çərçivəsində həbs olunmuşdu. Hətta Macarıstan parlamenti bu aktivlərin müvəqqəti dondurulmasına imkan verən xüsusi qanun da qəbul etmişdi.

May ayında Ukrayna prezidenti Volodimir Zelenski Budapeştin vəsaitləri və qiymətli metalları geri qaytardığını açıqlayıb. Lakin Ukrayna Milli Bankı hesab edir ki, inkassatorlara qarşı güc tətbiqi və məhkəmə prosesləri ciddi mənəvi və maddi zərər yaradıb.

Andrey Pışnı bildirib ki, bankın hüquqşünasları kompensasiya məsələsi ilə məşğul olacaq. Bundan əlavə, Ukrayna Milli Bankı Avropa Komissiyası və Avropa Mərkəzi Bankı ilə əməkdaşlıq edərək Macarıstanın addımlarına “adekvat qiymət verilməsi” üçün çalışacaq.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş