izmedia.az xəbər verir ki, ABŞ-ın Florida ştat sakini Kayla Burress evinin eyvanından gələn güclü səsləri əvvəlcə oğrunun hücumu hesab edib.
Məlumata görə, qadın həmin vaxt evdə yatmış uşağı ilə birlikdə olub. Çöldən gələn səslər artdıqdan sonra vəziyyəti yoxlamaq üçün eyvana çıxıb və iki timsahın dava etdiyini görüb.
Bildirilir ki, timsahlar eyvandakı toru deşərək içəri daxil olublar. Qadın reptiliyaların birinin digərinin quyruğunu dişlədiyini videoya çəkib. Hadisə yerində qan izləri də aşkarlanıb.
Kayla Burress onların ərazi uğrunda mübarizə apardığını düşündüyünü bildirib. Mütəxəssislərin sözlərinə görə, Floridada timsahların cütləşmə mövsümü aprel ayında başlayır və bu dövrdə onlar daha aqressiv olurlar.
Hadisədən sonra mütəxəssislər timsahları tutaraq başqa əraziyə aparıblar. Qadın isə qonşulara uşaqlara və ev heyvanlarına diqqət etmələri ilə bağlı xəbərdarlıq edib.
![]()
