Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi TASS-a bildirib ki, xilasedicilər Elbrus dağında köməksiz vəziyyətdə qalan turistləri tapıblar və onların vəziyyəti qənaətbəxşdir.
“Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Elbrusda iki turist tapıblar. İlkin məlumata görə, kişilərin vəziyyəti qənaətbəxşdir”, – deyə nazirlik rəsmisi bildirib.
Hazırda turistlərin təhlükəsiz şəkildə aşağıya endirilməsi üçün evakuasiya işləri davam etdirilir.
Məlumata görə, turistlər bazar günü axşam saatlarında Elbrus dağlarında təxminən 5100 metr yüksəklikdə qalıb və özləri enə bilməyiblər. Onların köməyinə Elbrus Yüksək Dağ Axtarış-Xilasetmə Qrupunun əməkdaşları göndərilib.
Əməliyyatın aparılması şaxtalı hava şəraiti və qar fırtınası səbəbindən çətinləşib. Həmçinin bildirilir ki, turistlər marşrutlarını əvvəlcədən Fövqəladə Hallar Nazirliyində qeydiyyatdan keçirməyiblər.
İzmedia.az
![]()

