Məlumat: ABŞ-ın İrana qarşı əməliyyat xərcləri 77 milyard dolları keçib

1 Min Read
Mayın 11-də “Iran War Costs Tracker” (IWCT) adlı onlayn resursun məlumatına görə, ABŞ-ın İran İslam Respublikasında (İİR) həyata keçirdiyi hərbi əməliyyatlara çəkilən ümumi xərclər 77 milyard dolları ötüb.

Mənbənin bildirdiyinə əsasən, əməliyyatın ilk altı günü Vaşinqtona təxminən 11,3 milyard dollara başa gəlib. Hesablamalara hərbi personalın saxlanılması, regiona göndərilən döyüş gəmilərinin istifadəsi və digər əlaqəli xərclər daxil edilib.

Qeyd olunur ki, istifadə edilən metodologiya Pentaqonun ABŞ Konqresinə təqdim etdiyi hesabatlara əsaslanır. Həmin hesabata görə, əlavə əməliyyat xərcləri gündə orta hesabla təxminən 1 milyard dollar təşkil edir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş