izmedia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt bəyanatlar səsləndirib.
Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada İranı uzun illərdir beynəlxalq ictimaiyyəti “aldatmaq və vaxt udmaq siyasəti” aparmaqda ittiham edib. O, keçmiş ABŞ administrasiyalarının İranla bağlı siyasətini də tənqid edib.
Tramp bildirib ki, əvvəlki rəhbərlik dövründə İranla aparılan siyasət regiondakı balansı dəyişib və Tehrana böyük maliyyə imkanları yaradılıb. Onun sözlərinə görə, bu vəsaitlər İranın fəaliyyətini daha da gücləndirib.
“İran 47 ildir ABŞ-la və dünya ilə oyun oynayır” – deyə Tramp qeyd edib. O, xüsusilə Barak Obama dövrünü tənqid edərək həmin siyasətin “zəif və səhv” olduğunu bildirib.
Açıqlamada həmçinin İranın böyük məbləğdə vəsaitlər əldə etdiyi, bu pulların regiona təsir göstərdiyi iddia olunub. Tramp hazırkı administrasiyanın isə fərqli və daha sərt yanaşma tətbiq etdiyini vurğulayıb.
Qeyd edək ki, Tramp bundan əvvəl də İran siyasəti ilə bağlı oxşar sərt fikirlər səsləndirib.
![]()
