Ermənistanda 50 zəlzələyə davamlı məktəb tikiləcək — AİB-dən 293 milyon dollar kredit

1 Min Read
Ermənistan hökuməti Asiya İnkişaf Bankından (AİB) 293 milyon dollar məbləğində əlavə kredit cəlb edərək 50 zəlzələyə davamlı məktəbin tikintisini həyata keçirəcək. Müvafiq kredit müqaviləsi hökumətin sentyabrın 3-də vəzifəli şəxslərin iştirakı ilə keçirilən iclasında təsdiqlənib.
Təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanın sözlərinə görə, AİB ilə 2016-cı ildə imzalanmış əvvəlki müqavilə çərçivəsində nəzərdə tutulan 46 məktəbdən 30-u artıq istifadəyə verilib, qalan 16-sının tikinti və ya təmiri isə ilin sonunadək yekunlaşacaq.
Yeni ayrılan 293 milyon dollarlıq kredit 10 ili güzəştli olmaqla 27 il müddətinə verilir. Vəsaitlər illik üzən faiz dərəcəsi ilə (SOFR + 0,5% marja + orta ödəniş müddətindən asılı olaraq 0,3% əlavə) maliyyələşdiriləcək.
Bununla bağlı danışan Baş nazir Nikol Paşinyan məktəblərin modernləşdirilməsi prosesini qənaətbəxş qiymətləndirib və tikintisi davam edən təhsil müəssisələrinə şəxsən baş çəkəcəyini bildirib. O, həmçinin 2026-cı ilin sonunadək nəzərdə tutulan 300 məktəbə növbəti beş ildə daha 300-nün əlavə olunacağını diqqətə çatdırıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş