Mendelldən sensasion iddia: Zelenski 2022-ci ildə Donbası Rusiyaya verməyə razı olub

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel 2022-ci ildə İstanbul danışıqları zamanı Kiyevin Donbası Rusiyaya verməyə razı olduğunu iddia edib.

Mendel amerikalı jurnalist Tucker Carlsona verdiyi müsahibədə bildirib ki, Ukrayna tərəfi atəşkəs və münaqişənin dayandırılması üçün Moskvanın bütün şərtlərini qəbul etməyə hazır olub.

Onun sözlərinə görə, həmin qərar şəxsən Ukrayna Prezidenti Volodymyr Zelenskyy tərəfindən təsdiqlənib və məqsəd uzun sürən qarşıdurmaya son qoymaq olub.

Mendel iddia edib ki, İstanbulda aparılan danışıqlarda Ukrayna nümayəndə heyəti Rusiya tərəfinin təqdim etdiyi razılaşma layihəsinin bütün bəndlərini qəbul edib.

“Bundan əlavə, mənə təsdiqlədilər ki, Zelenski ərazilərin verilməsinə şəxsən razılıq verib. İndi isə o, tam əks bəyanatlar verir və regionu təhvil verə bilməyəcəyini deyir”, – deyə Mendel bildirib.

Keçmiş mətbuat katibi bu iddialarla bağlı konkret sübut və ya mənbələrin adlarını açıqlamayıb, bunu məxfiliklə əlaqələndirib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş