Donald Tramp Nikolas Maduroya qarşı yeni ittihamların irəli sürülə biləcəyini bəyan edib

1 Min Read
ABŞ Prezidenti Donald Tramp sentyabrın 2-də Ağ Evdə çıxışı zamanı Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresə qarşı yeni ittihamların elan edilə biləcəyini açıqlayıb.
Tramp çıxışında onların ağır cinayətlərdə təqsirləndirildiyini xatırladaraq, Venesuela hakimiyyətinin öz həbsxanalarını boşaldaraq məhbusları qanunsuz yolla ABŞ-a göndərməsi faktı üzrə də əlavə ittihamların mümkünlüyünə işarə edib. O, həmçinin mart ayında Maduro ilə bağlı başqa məhkəmə proseslərinin də davam etdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Venesuelada keçirdiyi əməliyyat zamanı Nikolas Maduro və həyat yoldaşı saxlanılaraq ABŞ-a aparılıblar. Yanvarın 5-də Nyu-York federal məhkəməsinə çıxarılan cütlük narkotik qaçaqmalçılığı ittihamlarını rədd edərək özlərini təqsirsiz bilib. Hazırda Venesuelada dövlət başçısı səlahiyyətlərini keçmiş icraçı vitse-prezident Delsi Rodrigez icra edir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş