Avstraliyada “Trump Tower” layihəsi ləğv edilib

1 Min Read
Avstraliyanın Gold Coast bölgəsində dəbdəbəli “Trump Tower” tikintisi planı ləğv edilib. “The Guardian” qəzetinin məlumatına görə, Surfers Paradise-də həyata keçirilməsi nəzərdə tutulan 1,5 milyard dollarlıq layihə Trump Organization ilə tərəfdaş Altus Property Group arasında yaranan maliyyə mübahisələri səbəbindən dayandırılıb.

Məlumata əsasən, Trump Organization tərəfdaş şirkətin maliyyə öhdəliklərini yerinə yetirmədiyini iddia edib. Altus Property Group isə öz növbəsində Trump Organization-u ittiham edərək layihənin iflasında qarşı tərəfi günahlandırıb.

Qısa “romantika”

Cəmi üç ay əvvəl, Sevgililər günündə ABŞ Prezidenti Donald Trampın oğlu ilə az tanınan tikinti şirkətinin rəhbəri Mar-a-Laqoda keçirilən görüşdə layihə barədə razılaşmanı qeyd ediblər. Görüş zamanı tərəflər əl sıxaraq “Trump Tower” layihəsinin Avstraliyaya gətirildiyini elan etmişdilər.

Lakin bu əməkdaşlıq qısa ömürlü olub. Tikinti şirkəti daha sonra Trump brendinin “zəhərli” hala gəldiyini iddia edib. Trump Organization isə yerli tərəfdaşlarını “boş vədlər verməkdə” günahlandırıb.

Fevral ayında Erik Trampla görüşdən sonra Altus Property Group-un nümayəndəsi David Young layihənin Avstraliyada ən hündür qüllə və “ən yaxşı” kurortlardan birini inşa edəcəyini bildirmiş, Trump brendinin isə lüks və keyfiyyətlə sinonim olduğunu vurğulamışdı.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş