izmedia.az xəbər verir ki, ABŞ-nin İllinoys ştatında yerləşən Volo Museum əməkdaşları sərgidə nümayiş olunan məşhur KITT avtomobilinə sürət həddini aşdığı üçün cərimə göndərilməsinə təəccübləniblər.
Söhbət 1980-ci illərin məşhur Knight Rider serialındakı əfsanəvi KITT avtomobilinin surətindən gedir. Məlumata görə, Nyu-Yorkda yol kamerası avtomobilin məktəb zonasında icazə verilən sürəti aşdığını qeydə alıb və muzeyə 50 dollarlıq cərimə göndərilib.
Lakin muzey rəhbərliyi bildirib ki, həmin avtomobil uzun illərdir sərgidə statik vəziyyətdə saxlanılır və muzey binasını tərk etməyib.
Qeyd olunub ki, yol kamerası real dövlət nömrə nişanını deyil, sadəcə avtomobil üzərindəki dekorativ “Knight” yazısını qeydə alıb. Muzey əməkdaşları avtomatik tanıma sistemində texniki səhv baş verdiyini düşünürlər.
Hazırda muzey rəhbərliyi cərimənin ləğvi üçün rəsmi müraciət hazırlayır. Nyu-York Maliyyə Departamenti isə hadisə ilə bağlı araşdırmaya başladığını açıqlayıb.
![]()
