CENTCOM: İran dronları Yaxın Şərqdə ABŞ qüvvələri üçün ciddi təhlükə yaradır

1 Min Read

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper bildirib ki, müasir İran dronları Yaxın Şərqdə yerləşən Amerika hərbi qüvvələri üçün ciddi təhlükə yaratmağa davam edir.

O, Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə çıxışı zamanı deyib: “Yüksək texnologiyalı dronlardan artan təhlükə ilə üz-üzəyik”.

Kuperin sözlərinə görə, bu pilotsuz uçuş aparatları reaktiv mühərriklərlə, yüksək dəqiqlikli sensorlarla, eləcə də elektron müharibə və elektron kəşfiyyat imkanları ilə təchiz olunub.

CENTCOM rəhbəri qeyd edib ki, ənənəvi və bahalı hava hücumundan müdafiə sistemlərinə əsaslanan dövr getdikcə arxa plana keçir.

O həmçinin bildirib ki, ABŞ son dövrlərdə İranın imkanlarına cavab olaraq daha ucuz, birbaşa zərbə endirə bilən dronlardan istifadə edir: “İranı daha güclü və bahalı silahlar istifadə etməyə məcbur etmək üçün öz ucuz, birbaşa zərbə dronlarımızdan istifadə edirik”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş