İsrailin Baş naziri Benyamin Netanyahu fələstinlilərlə bağlı dərc olunan məqaləyə görə Amerikanın The New York Times qəzetinə qarşı məhkəmə iddiası qaldırmaq qərarına gəlib. Bu barədə baş nazirin ofisinin rəsmi saytında məlumat yayılıb.
Bəyanatda qeyd olunub ki, Netanyahu və İsrailin xarici işlər naziri Gideon Saar “indiyədək dərc edilmiş ən dəhşətli və təhrif olunmuş yalan məqalələrdən birinə” görə qəzetə qarşı hüquqi addım atıblar.
Baş nazirin ofisi bildirib ki, söhbət “The New York Times” qəzetinin jurnalisti Nikolas Kristofun məqaləsindən gedir.
Kristofun son yazısı mayın 11-də “Fələstinlilərin təcavüzünə qarşı səssizlik” başlığı ilə dərc olunub. Məqalədə İsraildə fələstinli məhbuslara qarşı sistematik cinsi zorakılıq iddiaları yer alır.
Jurnalist yazır ki, 14 fələstinli kişi və qadın ona əsgərlər, həbsxana əməkdaşları, təhlükəsizlik qüvvələri və məskunlaşanlar tərəfindən həyata keçirildiyi iddia olunan cinsi işgəncələr barədə məlumat verib. Kristof qeyd edib ki, bəzi ifadələr qohumlar, hüquqşünaslar və digər şahidlər tərəfindən də təsdiqlənib.
İzmedia.az
![]()

