Almaniya kansleri Friedrich Merz Slovakiyaya planlaşdırılan rəsmi səfərini ləğv edib. Səfərin 29 may tarixində baş tutması nəzərdə tutulurdu.
Qərarın, Slovakiya baş naziri Robert Fico-nun 9 mayda Moskvada keçiriləcək tədbirlərə qatılmaq niyyətindən sonra verildiyi bildirilir.
Məlumata görə, Bratislavaya səfər iki lider arasında ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün planlaşdırılmışdı. Lakin Fikonun Moskvaya səfər planı açıqlanandan sonra Almaniya tərəfi bu diplomatik gedişi təxirə salıb.
Almaniya və Slovakiya rəsmilərindən hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Bəzi Slovakiya media orqanlarının məlumatına əsasən, səfərin ləğvi birbaşa Fikonun 9 may tədbirlərində iştirak qərarı ilə əlaqələndirilir.
izmedia.az
![]()
