Ağ Evin mətbuat xidmətinin məlumatına görə, Çin Prezidenti Si Cinpin Pekində keçirilən gəzinti zamanı ABŞ Prezidenti Donald Trampa qızılgül toxumları göndərəcəyinə söz verib.
Məlumata əsasən, jurnalistlər Trampın Si Cinpinlə birlikdə Çjunnanhay parkına daxil olduğunu görüblər. Çin lideri ABŞ prezidentinə parkı göstərib, Tramp isə ətraf mühiti və parkın görünüşünü maraqla izləyib.
Daha sonra adı açıqlanmayan Çin rəsmisi jurnalistlərdən ərazini tərk etmələrini xahiş edib və liderlərin şəxsi söhbət aparmaq istədiyini bildirib. Təxminən 10 dəqiqə davam edən və mətbuat nümayəndələrinin iştirakı olmadan keçirilən söhbətdən sonra Tramp və Si Cinpin gəzintini davam etdiriblər.
Gəzinti zamanı Donald Tramp parkdakı güllərə diqqət yetirərək onların görünüşünü yüksək qiymətləndirib.
“Bunlar indiyə qədər hər kəsin gördüyü ən gözəl güllərdir”, – deyə ABŞ prezidenti bildirib.
Daha sonra liderlər bəzədilmiş pavilyonda söhbətlərini davam etdiriblər. Si Cinpin Trampa kompleksin tarixi haqqında məlumat verib və tərcüməçi vasitəsilə ona qızılgül toxumları göndərəcəyini bildirib.
İzmedia.az
![]()

