izmedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Trump İranla bağlı sərt açıqlama verib. O bildirib ki, Tehran Vaşinqtonla razılaşmaya getməyəcəyi təqdirdə ölkəni “tam məhv olmaq” gözləyir.
Məlumata görə, Trump Fox News telekanalına müsahibəsində ABŞ ordusunun İrana qarşı əməliyyatı bir neçə həftə ərzində başa çatdıra biləcəyini desə də, beynəlxalq liderlərin müraciətlərindən sonra hərbi ssenarini dayandırdığını qeyd edib.
ABŞ lideri bildirib ki, İran üçün vaxt daralır və yeganə çıxış yolu Vaşinqtonla dərhal razılığa gəlməkdir.
Trump çıxışında “əgər istəsəydik, əməliyyatları davam etdirərdik və hər şey bitərdi” ifadələrini işlədib. O, həmçinin İran rejimi ilə bağlı “onlarla artıq iş bitib” deyə açıqlama verib.
Ağ Ev rəhbəri mümkün razılaşmanın detallarını açıqlamasa da, Tehranın danışıqlardan imtina etməsinin ciddi nəticələrə səbəb olacağını vurğulayıb.
![]()
