Niderlandın Müdafiə naziri Dilan Yeşilgöz-Zegerius Brüsseldə Aİ ölkələrinin müdafiə nazirlərinin iclasında bəyan edib ki, ölkəsi Ukraynada hərbi təlim infrastrukturlarının inkişafına 10 milyon avro maliyyə dəstəyi ayıracaq.
Nazir bildirib ki, ayrılan əlavə vəsait Ukraynadakı təlim mərkəzlərinin imkanlarını genişləndirməyə və daha çox ukraynalı hərbçinin hazırlıq keçməsinə şərait yaradacaq. O, Niderlandın müttəfiqləri ilə birlikdə (o cümlədən Aİ-nin EUMAM təlim missiyası çərçivəsində) indiyədək Ukrayna Silahlı Qüvvələrinin 100 mindən çox şəxsi heyətinin təlimində iştirak etdiyini xatırladıb.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə cavab olaraq bildirib ki, Qərbin hərbi yardımları döyüş meydanındakı vəziyyəti dəyişməyəcək və Rusiya ordusu tərəfindən məhv edilməyə davam edəcək.
İzmedia.az
![]()

