Masaj salonunu işlədənlərdən pul tələb edən şəxs hakim qarşısına çıxarılıb

Nərmin
1 Min Read

izmedia.az “Oxu.Az“a istinadən xəbər verir ki, vətəndaşa qarşı hədə-qorxu gəlməkdə təqsirləndirilən Səid Rüstəmzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi hakimi Hafiz Kamranov sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs ifadə verib.

Onun sözlərinə görə, paytaxtın Nəsimi rayonu ərazisində qanuni fəaliyyət göstərən masaj salonu işlədib:

“Salonda məndən başqa bir inzibatçı və üç masajçı işləyirdi. Bir nəfər özünü vəzifəli şəxs kimi təqdim edərək salona gəldi. Bildirdi ki, salona himayədarlıq edəcək və hüquq-mühafizə orqanlarının əməkdaşları ora gəlməyəcək. Buna görə ona 3 min manat verdim və aylıq müəyyən ödənişə razılaşdıq. Daha sonra ödəniş edə bilmədim və səhhətimdə problemlərimin olduğunu bildirdim. Mənə dedi ki, sənə problem yaradaram”.

Daha sonra şahid qismində ifadə verən Gülnaz Hüseynova bildirib ki, Səid Rüstəmzadə salona kostyumda və əlində qırmızı sənədlə daxil olub:

“Səid salona daxil oldu və müdiriyyəti soruşdu. Mən isə inzibatçı kimi çalışdığımı dedim. Daha sonra müdirlə danışdı. Müdirdən söhbətin yekununu soruşanda mənə bildirdi ki, Səid ondan masaj salonunun işləməsinə görə 30 min manat tələb edib”.

Məhkəmənin növbəti iclası iyunun 8-nə təyin olunub.

Qeyd edək ki, Səid Rüstəmzadəyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi — xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə ittihamı irəli sürülüb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş