ABC News-un 8 iyulda verdiyi məlumata görə, ABŞ-ın Merilend ştatında avtobusun binaya çırpılması nəticəsində iyirmidən çox insan xəsarət alıb.
Məlumatda deyilir ki, “Hakimiyyət orqanları bildirib ki, ümumilikdə 28 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır”.
Baltimor Şəhər Yanğından Mühafizə İdarəsinin məlumatına görə, sərnişin avtobusu binaya çırpılıb. Qəzada yeddi başqa nəqliyyat vasitəsi də iştirak edib, onlardan biri aşıb.
Hadisənin səbəbləri barədə heç bir məlumat verilmir.
İzmedia.az
![]()

