Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi bazar günü İrana məxsus üç hücum dronunun məhv edildiyini bildirib.
Nazirliyin açıqlamasında deyilir: “Üç dron Səudiyyə Ərəbistanının hava məkanına daxil olduqdan sonra məhv edilib”.
Müdafiə Nazirliyinin sözçüsü general-mayor Turki əl-Maliki qeyd edib ki, dronlar İraq ərazisindən buraxılıb.
O, əlavə edib ki, Səudiyyə Ərəbistanı “uyğun vaxtda və yerdə cavab vermək hüququnu özündə saxlayır və krallığın suverenliyinə, eləcə də vətəndaşların və sakinlərin təhlükəsizliyinə qarşı yönələn cəhdlərin qarşısını almaq üçün bütün zəruri əməliyyat tədbirlərini görəcək”.
İzmedia.az
![]()

