San Dieqodakı İslam Mərkəzində atışma: 3 nəfər həlak olub

1 Min Read

ABŞ-nin San Dieqo şəhərində yerləşən İslam Mərkəzində baş verən atışma nəticəsində üç nəfər həyatını itirib. Hadisə ilə bağlı ABŞ Prezidenti Donald Tramp məlumatlı olduğunu bildirib.

Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib: “Bu, dəhşətli bir vəziyyətdir. İlkin məlumatlar məndədir”. O, əlavə edib ki, daha sonra daha ətraflı məlumat əldə edəcək və hadisəni diqqətlə araşdıracaq.

Şəhər polisinin rəisi Skott Uollun verdiyi məlumata görə, ölənlər arasında hücum edənlərə müqavimət göstərməyə çalışan məscid mühafizəçisi də var.

Polisin bildirdiyinə görə, hücumda şübhəli bilinən iki nəfər daha sonra avtomobildə ölü halda tapılıb. Onların 17 və 19 yaşlarında olduğu müəyyən edilib və ilkin ehtimala görə intihar etdikləri düşünülür.

Rəsmilər hadisəni nifrət cinayəti kimi qiymətləndirildiyini bildiriblər. Hazırda hadisənin bütün detalları üzrə istintaq davam edir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş