İran ABŞ-ın Bəhreyn, Küveyt və İordaniyadakı bazalarını raket və dronlarla hədəfə alıb

1 Min Read

“Axios”un müxbiri Barak Ravid məlumatlı rəsmilərə istinadən bildirib ki, İran çərşənbə günü səhər saatlarında Bəhreyn, Küveyt və İordaniyada yerləşən ABŞ hərbi bazalarına ən azı dörd ballistik raket və bir neçə pilotsuz uçuş aparatı göndərib.

Qeyd edək ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən 5-ci Donanmasının bazasına zərbə endirdiyini açıqlamışdı.

Küveyt ordusu isə yaydığı məlumatda “düşmən hava hədəflərinin” zərərsizləşdirilməsi məqsədilə hava hücumundan müdafiə əməliyyatı həyata keçirdiyini bildirib. İİKK-nın açıqlamasına görə, İranın zərbəsi Küveytdə yerləşən Əli əl-Salim aviabazasını hədəf alıb.

Bununla yanaşı, İİKK İordaniyada yerləşən və ABŞ qırıcı təyyarələrinin istifadə etdiyi Müvəffək əs-Salt aviabazasına da hücum təşkil etdiyini bəyan edib. Bildirilib ki, hücum zamanı uzun mənzilli, bərk yanacaqla işləyən raketlərdən istifadə olunub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş