Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın Ermənistanın baş naziri Nikol Paşinyana qarşı guya kampaniya başlatdığı ilə bağlı ittihamlara münasibət bildirib və diqqətin Paşinyanın öz vətəndaşlarına münasibətinə yönəldilməli olduğunu qeyd edib.
Diplomat Sputnik radiosuna açıqlamasında deyib: “Qərb media orqanları Rusiyanın guya Paşinyana qarşı kampaniya başlatdığını iddia edirlər”.
O, Paşinyanın Ermənistan vətəndaşlarına münasibətinə diqqət çəkərək, baş nazirin müxtəlif çıxışlarında səsləndirdiyi fikirlərə və vətəndaşlarla münasibətlərinə istinad edib.
Zaxarova bildirib: “Bu vəziyyətə görə Rusiyanın günahlandırılması ilə bağlı kinsizliyin həddi yoxdurmu? Rusiyanın bununla nə əlaqəsi var?”
İzmedia.az
![]()

