İran Hörmüz boğazında nəzarət etdiyi sərhədləri açıqlayıb

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, İran Hörmüz boğazında nəzarət etdiyi ərazilərin sərhədlərini rəsmi şəkildə açıqlayıb.

Məlumata görə, İranın keçidləri tənzimləmək üçün yaratdığı “Fars Körfəzi Su Yolu İdarəsi” sosial şəbəkə hesabında boğazdakı nəzarət zonalarının xəritəsini yayımlayıb.

Açıqlamaya əsasən, nəzarət sahəsi şərqdə İranın Mübarək dağı bölgəsi ilə Birləşmiş Ərəb Əmirlikləri-nin Füceyrə xətti arasındakı ərazini əhatə edir.

Qərb istiqamətində isə sərhəd İranın Keşm adası ilə BƏƏ-nin Umm əl-Kayveyn bölgəsi arasındakı xətt kimi göstərilib.

Qeyd olunur ki, İran İnqilab Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri də mayın 4-də yayımladığı xəritədə eyni sərhədləri göstərmişdi.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş