ABŞ prezidenti Donald Tramp bildirib ki, İran mümkün razılaşmaya “tamamilə düzgün” cavab verməlidir, əks halda Vaşinqton əlavə addımlar atmağa hazırdır.
O, jurnalistlərə açıqlamasında deyib: “Biz tamamilə düzgün cavablar almalıyıq. Onlar 100 faiz yaxşı cavablar olmalıdır”.
Trampın sözlərinə görə, vəziyyət müsbət istiqamətdə inkişaf edərsə, vaxt itkisi və insan tələfatının qarşısını almaq mümkün olacaq. O, həmçinin İranla aparılan danışıqlar prosesinin “həlledici mərhələdə” olduğunu qeyd edib.
ABŞ prezidenti əlavə edib ki, Vaşinqton Tehranın cavabını bir neçə gün daha gözləməyə hazırdır, lakin irəliləyiş əldə olunmasa, vəziyyət sürətlə dəyişə bilər.
Eyni gün Tramp ABŞ-ın İran və Hörmüz boğazı ətrafındakı vəziyyətlə bağlı qərar qəbul etməyə tələsmədiyini bildirib. Bununla yanaşı, o, bölgədə naviqasiya azadlığının qorunmasının və boğazın mümkün qədər tez açılmasının vacibliyini vurğulayıb.
İzmedia.az
![]()

