Bloomberg agentliyinin mayın 22-də mənbələrə istinadən yaydığı məlumata görə, Hörmüz boğazının avqust ayına qədər bağlı qalması miqyas baxımından 2008-ci il qlobal maliyyə böhranı ilə müqayisə edilə biləcək iqtisadi tənəzzül riskini artırır.
Nəşr qeyd edir:
“Hörmüz boğazının avqust ayına qədər bağlanması miqyasına görə 2008-ci ilin Böyük Tənəzzülü ilə müqayisə edilə bilən iqtisadi geriləmə riskini artırır”.
Məlumata görə, ən real ssenari boğazın iyul ayında yenidən açılmasını nəzərdə tutur. Bu halda, qlobal neftə tələbatın gündə orta hesabla 2,6 milyon barel azalacağı, Brent markalı neftin spot bazarda qiymətinin isə yay aylarında təxminən 130 dollar/barelə yüksələcəyi proqnozlaşdırılır.
Agentlik əlavə edib ki, boğazın iyul ayından sonra da bağlı qalması təklif çatışmazlığını kompensasiya etmək üçün neftə tələbatın daha ciddi şəkildə azalmasını tələb edəcək.
Məlumata əsasən, bağlanma avqust ayına qədər davam edərsə, üçüncü rübdə qlobal neft çatışmazlığı gündə təxminən 6 milyon barelə qədər arta bilər.
İzmedia.az
![]()

