Reuters: İran və ABŞ arasında fikir ayrılıqları azalsa da, razılıq əldə olunmayıb

1 Min Read

Reuters agentliyinin mayın 21-də yüksək vəzifəli İran mənbəsinə istinadən yaydığı məlumata görə, Tehran və Vaşinqton arasında hələlik yekun razılıq əldə edilməyib, lakin tərəflər arasındakı fikir ayrılıqları müəyyən qədər azalıb.

Məqalədə qeyd olunur:

“ABŞ ilə hələ də razılaşma yoxdur, lakin fikir ayrılıqları azalıb”.

Agentliyin həmsöhbətinin sözlərinə görə, uranın zənginləşdirilməsi məsələsi və Tehranın Hörmüz boğazı üzərində nəzarəti tərəflər arasında əsas mübahisəli mövzular olaraq qalır.

Reuters həmin gün həmçinin məlumat yayıb ki, İranın Ali Lideri Müctəba Xamenei ölkədən zənginləşdirilmiş uranın ixracını qadağan edib.

Məlumata görə, İran rəhbərliyi hesab edir ki, radioaktiv materialın ölkə hüdudlarından kənara çıxarılması gələcəkdə ABŞ və İsrail tərəfindən mümkün hücumlar qarşısında Tehranın həssaslığını artıra bilər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş