Almaniyanın “Bild” qəzetinin verdiyi məlumata görə, Münhendə yerləşən “Rohde & Schwarz” texnologiya və müdafiə konserninin baş ofisinin ərazisinə hücum edilib. Naməlum şəxslər gecə saatlarında şirkətin tikinti sahəsinə yandırıcı maddələr atıblar.
Hadisə nəticəsində baş ofisin qarşısındakı tikinti konteynerləri sahəsində yanğın baş verib, lakin alov qısa müddətdə söndürülüb. İkinci yandırıcı vasitə isə alovlanmadan zərərsizləşdirilib. Cinayətdə şübhəli bilinən 28 yaşlı qadın və 38 yaşlı kişi saxlanılıb, onların Bolqarıstan vətəndaşı olduğu müəyyən edilib. Hüquq-mühafizə orqanları baş verənləri terror aktı kimi qiymətləndirir.
Qeyd edək ki, “Rohde & Schwarz” elektron sınaq avadanlıqları, kibertəhlükəsizlik, radar və radio monitorinqi sahəsində ixtisaslaşmış beynəlxalq şirkətdir. Konsern, xüsusilə Almaniya Silahlı Qüvvələri (Bundesver) üçün təhlükəsiz rabitə sistemləri istehsal edir.
İzmedia.az
![]()

