Marko Rubio: İranla nüvə məsələsində razılıq üçün yaxşı imkanlar var

1 Min Read

ABŞ dövlət katibi Marko Rubio İran tərəfi ilə nüvə məsələsində razılığa gəlmək üçün yaxşı imkanların olduğunu bildirib.

“Reuters” agentliyinin məlumatına görə, Rubio, “Boğazın açılması, bunun təmin edilməsi və nüvə məsələsi ilə bağlı real, məzmunlu və vaxt məhdudiyyətli danışıqlar aparılması baxımından masada kifayət qədər möhkəm əsas var. Ümid edirəm ki, buna nail ola biləcəyik”, – deyə bildirib.

O əlavə edib ki, ABŞ alternativ addımlara əl atmazdan əvvəl münaqişənin diplomatik yolla həlli üçün bütün mümkün vasitələrdən istifadə etməyə hazırdır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş