Bolqarıstan parlamentində Rusiyaya qarşı sanksiyaların ləğvi müzakirə olunur

1 Min Read

Bolqarıstan parlamentinin üzvü Angel Georgiyev TASS agentliyinə bildirib ki, ölkə parlamentində Rusiyaya qarşı bütün sanksiyaların ləğvi və Moskva ilə münasibətlərin bərpası imkanları müzakirə olunur.

Onun sözlərinə görə, parlamentdə Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülüb. Georgiyev qeyd edib ki, Bolqarıstanın MiQ-29 təyyarələrinin mühərriklərinin dəyişdirilməsinə ehtiyac var və bu sahədə Rusiya şirkətlərinin iştirakı vacib ola bilər.

“Biz Rusiya yanacağına, enerji sanksiyalarına və bu təyyarələrin texniki xidmətinə dair məhdudiyyətlərin ləğvini təklif etmişik”, – deyə o bildirib. Georgiyev həmçinin Rusiyaya parlament nümayəndə heyətinə rəhbərlik etdiyini də vurğulayıb.

Eyni zamanda, deputat qeyd edib ki, yeni baş nazir Rumen Radev dövründə Bolqarıstanın ilk diplomatik addımları əsasən Almaniya və digər “Avro-Atlantik tərəfdaşlarla” əməkdaşlığın gücləndirilməsinə yönəlib.

Onun sözlərinə görə, yeni hökumətin Rusiya ilə bağlı ritorikası daha yumşaq olsa da, bu, kifayət hesab edilmir.

Georgiyev həmçinin keçmiş hökumətin xarici işlər nazirinin müavini və hazırkı xarici işlər nazirini tənqid edərək onu “anti-Rusiya mövqeyi” ilə çıxış etməkdə ittiham edib. O bildirib ki, sanksiyaların yalnız Rusiyaya real zərər verdiyi halda məntiqli sayıldığını deyən bu siyasətçi ABŞ ilə birlikdə daha sərt sanksiya koordinasiyası tərəfdarıdır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş