Nikkei qəzetinin Yaxın Şərqdəki diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ və İran Hörmüz boğazının gəmiçilik üçün açılması ilə bağlı planı müzakirə edirlər. Plana əsasən, tərəflərin hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəlməsindən təxminən 30 gün sonra boğaz naviqasiya üçün açılacaq.
Məlumata görə, müqavilənin imzalanmasından sonrakı 30 günlük keçid dövründə İranın boğazı dəniz minalarından tam təmizləməyə sadiq qalacağı gözlənilir. Bu müddət başa çatdıqdan sonra bütün ölkələrin gəmilərinin həmin marşrut üzrə sərbəst və təhlükəsiz hərəkəti təmin olunacaq və Tehran tranzit haqlarının yığılmasını dayandıracaq.
Mənbə əlavə edib ki, tərəflər arasında daha əvvəl razılaşdırılmış atəşkəsin 60 gün müddətinə uzadılması da müzakirə olunur. Bu iki aylıq fasilədən İranın nüvə proqramı üzrə birbaşa danışıqların aparılması üçün istifadə edilməsi planlaşdırılır.
İzmedia.az
![]()

