CENTCOM: İranın ABŞ təyyarəsinin vurulması iddiası yalandır

1 Min Read

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) cümə günü bildirib ki, İran dövlət televiziyasının ABŞ qırıcı təyyarəsinin Fars körfəzi üzərində vurulduğu ilə bağlı iddiası doğru deyil.

Bəyanatda qeyd olunub: “Heç bir Amerika təyyarəsi vurulmayıb. Bütün Amerika hava qüvvələri yerindədir”.

Cümə gecəsi İran dövlət televiziyası (IRIB) İranın hava hücumundan müdafiə qüvvələrinin Buşehr əyaləti yaxınlığında “düşmən təyyarəsini” vurduğunu iddia edib.

“Tasnim” xəbər agentliyi isə Cam qubernatoru Məsud Tangestaninin sözlərinə istinadən bildirib ki, “bu gecə baş verən hadisə düşmən təyyarəsinin məhv edilməsi ilə bağlıdır”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş