İsrailin Livana zərbələri nəticəsində 31 nəfər ölüb, 40 nəfər yaralanıb

1 Min Read

Əl-Cəzirə telekanalı mayın 27-də Livan Səhiyyə Nazirliyinə istinadən xəbər verib ki, İsrailin Livana endirdiyi bir sıra hava zərbələri nəticəsində 31 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.

Məlumata görə, son hücumlar nəticəsində ölənlər arasında qadınlar və uşaqlar da var.

Bildirilir ki, xəsarətlər və itkilər ölkənin müxtəlif şəhər və kəndlərinə endirilən zərbələr nəticəsində qeydə alınıb.

Burc əl-Şamali bölgəsində qadınlar və uşaqlar da daxil olmaqla 14 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Qutariyat əl-Ruz yaşayış məntəqəsində uşaqlar da daxil olmaqla beş nəfər ölüb, altı nəfər yaralanıb.

Habbuş şəhərində dörd nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilir. Bundan əlavə, Maarak və Selaa şəhərlərində də ölən və yaralananların olduğu qeyd edilib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş