KXDR süni intellekt əsaslı yeni raket sistemini sınaqdan keçirib

1 Min Read

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, KXDR mayın 26-da süni intellekt (Sİ) texnologiyası əsasında işləyən yeni çoxməqsədli yüngül raket buraxılış sistemi və taktiki çoxməqsədli raket kompleksini sınaqdan keçirib.

Məlumata əsasən, yeni taktiki qanadlı raket süni intellekt texnologiyası əsasında fəaliyyət göstərən istiqamətləndirmə funksiyası, yüksək dəqiqlikli muxtar naviqasiya sistemi və topoqrafik koordinasiya naviqasiya sistemi ilə təchiz olunub.

KCNA bildirib ki, raket sürüşmə və hərəkətverici uçuş metodlarından istifadə etməklə 100 kilometr məsafədə yerləşən hədəfi yüksək dəqiqliklə vurmaq imkanına malikdir.

Qeyd olunub ki, sınaqları KXDR lideri Kim Çen In şəxsən izləyib və o, taktiki qanadlı raketin hərbi əhəmiyyətini yüksək qiymətləndirib.

Bildirilir ki, yeni silah sisteminin ölkənin cənub sərhəd bölgəsində yerləşən uzaqmənzilli artilleriya briqadalarının arsenalına daxil edilməsi planlaşdırılır.

Kim Çen In çıxışında vurğulayıb ki, müasir müharibə şərtləri nəzərə alınaraq atəş idarəetmə sisteminin və bütün buraxılış qurğularının avtomatlaşdırılması xüsusi əhəmiyyət daşıyır və bu, sistemlərin döyüş şəraitində tətbiq imkanlarını artırır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş