CENTCOM: Küveytdə ABŞ qüvvələrinə yönələn İran dronlarının hücumu dəf edilib

1 Min Read

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, Amerika hərbçiləri Küveytdə İranın pilotsuz uçuş aparatları ilə həyata keçirməyə çalışdığı hücumun qarşısını alıblar.

CENTCOM-un yaydığı bəyanatda qeyd olunub:

“Bu gecə Küveytdə yerləşən ABŞ qüvvələrinə hücum etməyə cəhd göstərən İran dronlarının növbəti dalğası nəzərdə tutulan hədəflərə çata bilməyib”.

Məlumata görə, Mərkəzi Komandanlığın hava hücumundan müdafiə sistemləri bir neçə pilotsuz uçuş aparatını məhv edərək onların şəxsi heyətə və hərbi texnikaya zərər vurmasının qarşısını alıb.

Hadisə nəticəsində itkilər və ya dağıntılar barədə məlumat verilməyib.

Bununla yanaşı, Sabereen xəbər kanalı iyunun 3-də Küveytdəki ABŞ hərbi obyektlərinə üç ballistik raketin düşdüyünü iddia edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş