İzmedia.az xəbər verir ki, Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriev Böyük Britaniyanın baş naziri Keir Starmer-in qarşıdan gələn yerli seçkilərdə ciddi məğlubiyyətə uğrayacağını bildirib.
Dmitriyevin sözlərinə görə, Leyboristlər Partiyasının liderini hətta Atlantik okeanında kruiz gəmisində yayılan hantavirusla bağlı qalmaqal da xilas edə bilməyəcək. O, vəziyyəti “katastrofik və tarixi məğlubiyyət” kimi qiymətləndirib.
Məlumata əsasən, Dmitriyev hesab edir ki, Starmer yerli hakimiyyət orqanlarında 1850-dən çox mandat itkisi ilə üzləşə bilər.
Hadisə fonunda kruiz gəmisində baş verən hantavirus yayılması da müzakirə mövzusuna çevrilib. Yoluxma halları artdıqdan sonra gəmi faktiki olaraq bəzi limanlar yaxınlığında nəzarətdə saxlanılıb, müxtəlif ölkələr isə sərnişinlərin izlənilməsinə başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı isə bunun qlobal pandemiya olmadığını açıqlayıb.
Dmitriyev həmçinin bildirib ki, bəzi Avropa və Britaniya rəsmiləri bu hadisəni siyasi məqsədlər üçün istifadə etməyə çalışır və enerji siyasətini sərtləşdirmək üçün əsas kimi göstərirlər.
Britaniyada yerli seçkilər isə artıq gərgin siyasi mühitdə başlayıb. Analitiklər Leyboristlərin bir sıra regionlarda ciddi itkilər verə biləcəyini istisna etmir.
![]()
