New York Knicks NBA final seriyasının ilk oyununda San Antonio Spurs üzərində 105:95 hesablı qələbə qazanaraq seriyada 1:0 hesabı ilə önə keçib.
“Niks” bu qələbəni səfərdə əldə edib. Komanda üçüncü hissədə 14 xal geri düşməsinə baxmayaraq, oyunun gedişatını dəyişərək qalib gəlməyi bacarıb. Bununla yanaşı, Nyu-York təmsilçisi final seriyasının ilk oyununda “Spurs”u məğlub edən ilk komanda olub. San Antonio bundan əvvəl final seriyalarının açılış oyunlarında 6 qələbə qazanmışdı.
Branson komandasını qələbəyə daşıdı
Qələbədə əsas pay sahibi Jalen Brunson olub. O, oyunu 30 xalla başa vurub və son hissədə 13 xal toplayaraq komandasının dönüşündə həlledici rol oynayıb.
Dördüncü hissədə “Spurs” 95:94 hesabı ilə öndə olarkən Branson küncdən dəqiq üçxallıq atışla komandasını yenidən önə keçirib. O, oyunun bitməsinə 38 saniyə qalmış vurduğu səbətlə qələbəni rəsmiləşdirib.
“Niks”in baş məşqçisi Mike Brown oyunçusunu belə dəyərləndirib:
“O, həmişə ən vacib anda ortaya çıxır. Əsl MVP məhz belə davranmalıdır”.
Tauns və Hart da fərqləniblər
Karl-Anthony Towns 18 xal və 12 ribaundla dubl-dabl edib. OG Anunoby isə 17 xal toplayıb.
Cəmi 3 xal qazansa da, Josh Hart oyunun ən məhsuldar oyunçularından biri olub. O, 15 ribaund, 6 məhsuldar ötürmə və 4 top oğurlama ilə yadda qalıb.
Vembanyamanın səyləri kifayət etmədi
“Spurs”un lideri Victor Wembanyama 26 xal və 12 ribaund toplasa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib. O, meydandan etdiyi 21 atışın yalnız 6-sını dəqiq yerinə yetirib.
Stephon Castle 17 xal və 8 ribaund, Julian Champagnie 16 xal və 10 ribaund, debütant Dylan Harper isə 16 xal və 8 ribaundla çıxış edib.
Final seriyasının ikinci oyunu şənbə günü San Antonioda keçiriləcək.
İzmedia.az
![]()

