İsrailin Qəzza şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı 8 nəfər ölüb

1 Min Read

Fələstin Mülki Müdafiə Xidmətinin sözçüsü Mahmud Bassal AFP agentliyinə bildirib ki, İsrailin bu gün səhər saatlarında Qəzza şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı səkkiz nəfər həlak olub.

Onun sözlərinə görə, Qəzza şəhərinin şimal-qərbində yerləşən yaşayış binalarına edilən hücum zamanı beş nəfər ölüb. Şəhərin cənub-qərbindəki yaşayış binalarına endirilən zərbələr nəticəsində isə daha iki nəfər həyatını itirib.

Mahmud Bassal əlavə edib ki, şəhərin qərbində yerləşən Əl-Şati qaçqın düşərgəsində bir evə təşkil olunan hava hücumu nəticəsində daha bir nəfər həlak olub.

Sözçünün məlumatına görə, hücumlar zamanı azı 15 nəfər də yaralanıb.

Məlumatda qeyd olunur ki, 2025-ci ilin oktyabrından qüvvədə olan atəşkəsə baxmayaraq, Qəzza zolağında gərginlik davam edir və İsrailin hava zərbələri demək olar ki, hər gün qeydə alınır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş