ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin həlli istiqamətində aparılan danışıqların gedişatından məmnun olduğunu açıqlayıb.
Tramp Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada “Hər şey yaxşı gedir” deyib.
Mümkün sazişin imzalanması perspektivlərindən danışan ABŞ prezidenti hadisələrin inkişafı ilə bağlı həm müsbət, həm də mənfi ssenarilərin mümkün olduğunu bildirib.
“Bəlkə də heç nə baş verməyəcək. Yaxud hər şey uğurla nəticələnəcək və bu halda həftənin sonunadək razılıq əldə etmək şansı olacaq”, – deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, İran “nəzəri baxımdan saziş imzalamağa yaxındır”.
İzmedia.az
![]()

